Türkiyə Suriyada PKK mövqelərinə raket zərbələri endirib. Türkiyə Suriyada PKK mövqelərinə raket zərbələri endirib.

Türkiyə Suriyadakı PKK mövqelərini vurdu

Türkiyə Suriyada PKK mövqelərinə raket zərbələri endirib.

Türkiyə Silahlı Qüvvələri terrorçu PKK/YPG-PYD qruplaşmasının nəzarəti altında olan Suriyanın Tel Rifat bölgəsinə 20-də artıq raket atıb.

““Mynet” xəbər verir ki, məlumatı Türkiyə Silahlı Qüvvələri yayıb.

Bildirilib ki, raket atəşi nəticəsində terrorçu PKK/YPG-PYD qruplaşmasının Tel Rifatdakı bir neçə möveqələri vurulub.

Tel Rifat ərəblərin çoxluq təşkil etdiyi bölgədir. PKK-nın qolları bu ərazini üç ildir işğal altında saxlayır. Terrorçular Tel Rıfatdan başlayıb Menbiçədək uzanan xətti “Şəehba bölgəsi” adlandırırlar. Bu ərazilər arasındakı əl-Bab rayonu Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun birgə keçirdiyi “Fərat qalxanı” antiterror əməliyyatı nəticəsində azad edilib. Onlar hazırda bu ərazidə yerləşdiyindən terrorçular Tel Rıfat - Münbiç arasında əlaqəni qura bilmir.

PKK/YPG-PYD-nin işğalından sonra Tel Rıfat və ətraf ərazidən 250 min mülki sakin “Fərat qalxanı” əməliyyatı nəticəsində azad edilmiş bölgəyə köç edirlər.(report.az)

© AzNews.az