Həkim mənə hər şeyin yaxşı olduğunu dedi. Həkim mənə hər şeyin yaxşı olduğunu dedi.

Ölən qızın atası danışdı - "Həkim yalan deyir"

Həkim mənə hər şeyin yaxşı olduğunu dedi.

Türkiyədə burun əməliyyatından sonra ölən qızın atası danışıb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Adana şəhərində özəl xəstəxanaların birində burun əməliyyatı keçirən 24 yaşlı Leyla Sönməz 5 gün sonra həyatını itirib. Həkimlərin dediyinə görə onun həyatını itirməyinə səbəb dişinə taxılmış breketlər olub. Onlar breketlərin infeksiyaya səbəb olduğunu deyiblər.

Leyla Sönmezin atası Ali Haydar Sönmez isə qızının ölümündə həkimləri günahlandırıb.

O, “Qızım əməliyyatdan çıxanda həkim dedi evə gedə bilərsiniz. Yaxşı görünmürdü, mən dedim, bu halda necə evə gedək? Həkim "bir gün xəstəxanada qalın" dedi. Sonra evə çıxdıq. Halı pis idi, yenidən xəstəxanaya getdik. Həkim mənə hər şeyin yaxşı olduğunu dedi, amma qızım həyatını itirdi” deyib.

Nigar CƏFƏR

AzNews.az