İmamoğlu Ərdoğan və Baxçalıya səsləndi - "Sənədimizi tələb edirik”

İstanbulun vaxt itkisinə məruz qalmasına səbəb olmayın

“Biz ədalət istəyirik, sənədimizi tələb edirik”.

AzNews.az xəbər verir ki, bu sözləri martın 31-də keçirilən seçkilərdə İstanbul Böyükşəhər Bələdiyyə başqanı seçilən Əkrəm İmamoğlu Ərdoğan və MHP-in lideri Baxçalıya səslənərkən deyib:

“Bu müddətdə başqa hadisələri daxil etməyə çalışdılar. Biz bu şəhərin idarəetməsini istəyirik, dedik. Təkidlə məsələnin başqa yönə çəkilməsinə çalışdılar. Çox açıq danışım. Biz ədalət istəyirik. Biz 16 milyon insanın vicdanı və səsləri ilə bərabər, Yüksək Seçki Qurumunun (YSK) açıqladığı nəticələri özündə əks etdirən sənədimizi tələb edirik".

“Tezliklə səlahiyyətlərimizi bizə verin. İstanbulun vaxt itkisinə məruz qalmasına səbəb olmayın. Dünyanın sonu deyil. 16 milyon insan xoşbəxtdir”. İmamoğlu belə deyib.

Pərvanə Ağazadə

AzNews.az