Türkiyədə yeni FETO əməliyyatı - 48 hərbçi həbs edildi

Əmr Ankara Baş Prokurorluğu tərəfindən verilib

Türkiyədə FETO-ya qarşı yeni əməliyyat keçirilib.

AzNews.az xəbər verir ki, FETO-nun Türkiyə silahlı qüvvələrinin quru qoşunlarındakı üzvlərinə qarşı keçirilən əməliyyat çərçivəsində 26-sı həqiqi hərbi xidmətdə olmaqla 48 nəfər haqqında həbs əmri çıxarılıb.

Əmr bu gün Ankara Baş Prokurorluğu tərəfindən verilib.

Tutulanlar arasında 1 polkovnik, 2 mayor, 5 kapitan və 37 leytenantın olduğu deyilir.

Pərvanə Ağazadə

AzNews.az