Tədbirdə Yıldırımı görən İmamoğlu ona yaxınlaşaraq salamlaşıb Tədbirdə Yıldırımı görən İmamoğlu ona yaxınlaşaraq salamlaşıb

İmamoğlu ilə Yıldırım bir arada - VİDEO

Tədbirdə Yıldırımı görən İmamoğlu ona yaxınlaşaraq salamlaşıb

İstanbul bələdiyyəsinin rəhbərliyinə namizədlər Əkrəm İmamoğlu (CHP) ilə Binəli Yıldırım (AKP) Türkiyənin səkkizinci prezidenti Turqut Özalı anım mərasimində bir araya gəliblər.

Türkiyə mətbuatının xəbərinə görə, tədbirdə Yıldırımı görən İmamoğlu ona yaxınlaşaraq salamlaşıb.

Daha sonra jurnalistlərin suallarını cavablandıran CHP namizədi bildirib: “Binəli Yıldırımı görən kimi maşından enib onun yanına getdim və əl-ələ görüşdüm. Bir az daha tərəddüd etsəydi, onu qucaqlayacaqdım. Çünki millətin qucaqlaşmağa ehtiyacı var”.(qafqazinfo.az)

AzNews.az