İmamoğlu Ərdoğanı müşayiət etdi - VİDEO

Onlar bir müddət ayaqüstü söhbət ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlu bir araya gəliblər.

Onlar dünyasını dəyişən məşhur iş adamı Atalay Şahinoğlunun cənazə mərasimində görüşüb.

Hər iki şəxs cümə namazının ardınca dəfn törənində iştirak edib. Daha sonra İmamoğlu Prezident Ərdoğanı avtomobilinə qədər müşayiət edib. Onlar bir müddət ayaqüstü söhbət ediblər.(teleqraf.com)

AzNews.az