Artıq müəssisənin tikiləcəyi əraziyə baxış keçirilib Artıq müəssisənin tikiləcəyi əraziyə baxış keçirilib

“Türkiyə və Azərbaycan birgə vaqon istehsal edəcək” - Nazir

Artıq müəssisənin tikiləcəyi əraziyə baxış keçirilib

Türkiyə və Azərbaycan Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində dəmiryol vaqonlarının istehsalı üzrə birgə müəssisə yaradacaqlar.

Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Mehmet Cahid Turxan deyib.

O, birgə müəssisənin Azərbaycanda yaradılacağını bildirib.

Nazir əlavə edib ki, artıq müəssisənin tikiləcəyi əraziyə baxış keçirilib.

Qeyd edək ki, bundan əvvəl "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Azərbaycan və Türkiyənin dəmiryol vaqonlarının birgə istehsalı məsələsinə baxdığını demişdi. Onun sözlərinə görə, birgə istehsalatın Sumqayıt Texnologiyalar Parkında təşkil edilməsi planlaşdırılır.(trend.az)

AzNews.az