"Mən qollarıma benzin tökdüm. O da öz üzərinə benzin tökdü" "Mən qollarıma benzin tökdüm. O da öz üzərinə benzin tökdü"

Dava edən iki sevgili maşında bir-birini yandırdı: Anbaan kadrlar - VİDEO

"Mən qollarıma benzin tökdüm. O da öz üzərinə benzin tökdü"

Türkiyənin Bursa şəhərində sevgilisini yandıraraq öldürən oğlanın məhkəmədə verdiyi ifadə üzə çıxıb.

AzNews.az xəbər verir ki, 35 yaşlı Şengül Vatanseveri yandıraraq yolda qoyan gəncin məhkəmə prosesi baş tutub. O, sevgilisini öldürmək niyyətinin olmadığını bildirib:

"Biz Kütahyadan Bursaya gəlirdik. Şengül yolda ailəsinin mənə ərə gəlməsinə razı olmadığını bildirdi. Sonra dava etməyə başladıq. Mən qollarıma benzin tökdüm. O da öz üzərinə benzin tökdü. Özümü yandıranda oda yanmağa başladı. Bir-birimizi söndürüb yola davam etmək istədik. Şengül maşına minmədi, mən də onu yolda qoydum".

Qeyd edək ki, Şengül Vatansevər aldığı yanıq xəsarətlərindən iki gün sonra xəstəxanada dünyasını dəyişib.

Aynur

AzNews.az