Cozef Sural xəstəxanaya çatdırılarkən yolda keçinib Cozef Sural xəstəxanaya çatdırılarkən yolda keçinib

Türkiyədə futbolçular qəzaya düşdü: Ölən var - VİDEO

Cozef Sural xəstəxanaya çatdırılarkən yolda keçinib

Türkiyə Super Liqasında çıxış edən “Alanyaspor” futbol klubunun futbolçularının olduğu mikroavtobus qəzaya uğrayıb.

Haber7.com xəbər verir ki, hadisə Super Liqa çərçivəsində Kayserinin “Kayserispor” klubu ilə oyundan qayıdan zaman baş verib.

Hadisə zamanı “Alanyaspor”un 7 futbolçusu - Caulker, Dlajma, Baiano, Cisse, Uelinton, Sakey və Cozef Sural ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Cozef Sural xəstəxanaya çatdırılarkən yolda keçinib. Digər futbolçuların xəstəxanada müalicəsini davam etdirdiyi bildirilir.

Antalya-Alanya magistralında baş verən qəzanın sürücünün yuxulamasının səbəb olduğu açıqlanıb. Sürücü həbs olunub.

Qeyd edək ki, “Kayserispor” - “Alanyaspor” qarşılaşması 1-1 hesabı ilə başa çatıb.(oxu.az)

AzNews.az

image description