O, sahildə gəzən 6 gənc qadına cinsiyyət orqanını göstərib O, sahildə gəzən 6 gənc qadına cinsiyyət orqanını göstərib

Qadınlara cinsiyyət orqanını göstərən şəxs saxlanıldı

O, sahildə gəzən 6 gənc qadına cinsiyyət orqanını göstərib

Türkiyənin Samsun şəhərində haqqında “cinsi təcavuz” səbəbi ilə bir çox günahı məlum olan 38 yaşlı A.A sahildə gəzən 6 qadına cinsiyyət orqanını göstərməsi iddiası ilə polis tərəfindən saxlanılıb.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə dünən saat 20:30-da Atakun bölgəsində baş verib. İddiaya görə, şübhəli A.A sahildə gəzən 6 gənc qadına cinsiyyət orqanını göstərib.

Ətrafdakıların münasibət göstərdiyi şübhəli qaçmaq istəyərkən qadınlar olanları polisə bildirib.

Əraziyə gələn polislər qısa zamanda şübhəlini tutublar. Sorğu üçün polisə aparılan A.A-nın “cinsi təcavüz” səbəbindən haqqında 5 günah olduğu da məlum olub.

Səidə Vahid

AzNews.az