Əhali fərqli bölgələrə köçürülür Əhali fərqli bölgələrə köçürülür

Bu ölkədə məscid yerləşdiyi ərazidən 20 metr qabağa doğru sürüşdü

Əhali fərqli bölgələrə köçürülür

Türkiyənin Ordu şəhərinin Aybastı adlı ərazisində fevral ayında yaranan sürüşmə nəticəsində bir məhəllə tamamilə yox ola bilər.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, fevral ayında baş verən sürüşmə zamanı Aybastı adlı bölgədə 3 ev tamamilə dağılıb, bir evin isə bir hissəsi uçub.

Məhəllədəki məscid yerləşdiyi ərazidən 20 metr qabağa doğru sürüşüb.

Binaların müxtəlif yerlərində yaranan çatlar günü-gündən böyüməyə davam edir. Ərazidə təhlükəsizlik işləri davam etdirilir və əhali fərqli bölgələrə köçürülür.

Əraziyə giriş polis və bələdiyyə tərəfindən qadağan edilib.

Nigar CƏFƏR

AzNews.az

image description