Aktrisanı belə aldatdılar - Kino kimi cinayət

Satıcının hesabına 120 min lirə göndərib

Türkiyənin məşhur aktrisası Gizem Karaca Türkiyənin İzmir şəhərindəki evi üçün 135 min lirəlik əşya seçib, amma məhsulları təslim ala bilməyib.

Aldadıldığını anlayan aktrisa özünü distribütor kimi tanıdan şəxsdən şikayətçi olub.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, aktrisa kataloqdan seçdiyi əşyaları altı ay sonra təslim alacaqdı. Karaca bu müddətdə satıcının hesabına 120 min lirə göndərib.

Əşyaları almaq istəyəndə isə bəhanələrlə qarşılaşıb.

Aldadıldığını anlayan aktrisa polisə şikayət edib.

Səidə Vahid

AzNews.az