16 iyunda canlı yayımda görüşəcəklər

Namizədlərin görüşünün moderatorluğunu aparıcı İsmail Küçükkaya həyata keçirəcək

İyunun 23-də İstanbulda keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcək CHP partiyasının namizədi Əkrəm İmamoğlu ilə bu post uğrunda mübarizə aparan digər namizəd Binəli Yıldırımın iştirakı ilə keçiriləcək canlı yayımın tarixi bəlli olub.

AKP-nin sədr müavini Mahir Ünal verilişin 16 iyun saat 21:00-da bütün kanallarda ortaq yayım şəklində baş tutacağını bildirib.

CHP-nin sədr müavini Engin Altay namizədlərə eyni vaxt və eyni suallar veriləcəyini, texniki heyətin AKP və CHP üzvlərindən ibarət olacağını sözlərinə əlavə edib.

Namizədlərin görüşünün moderatorluğunu aparıcı İsmail Küçükkaya həyata keçirəcək.(qafqazinfo.az)

AzNews.az