Yoxlanışlardan sonra qızın 7 aylıq hamilə olduğu məlum olub Yoxlanışlardan sonra qızın 7 aylıq hamilə olduğu məlum olub

14 yaşlı qızını hamilə edən ata həbs edildi

Yoxlanışlardan sonra qızın 7 aylıq hamilə olduğu məlum olub

Türkiyədə 14 yaşlı qızını hamilə edən ata həbs edilib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Aydının Çine ilçəsində 14 yaşlı bir qızın 7 aylıq hamilə olduğu məlum olub.

İddiaya görə, 14 yaşlı C.K-nın qarnının böyüdüyünü görən qohumları şübhələnərək onu xəstəxanaya aparıblar. Yoxlanışlardan sonra C.K-nın 7 aylıq hamilə olduğu məlum olub.

Polis ailə üzvləri və C.K ilə danışdıqdan sonra şübhəlinin ata Salih K. olduğunu aşkarlayıb.

Salih K. polisin keçirdiyi əməliyyat nəticəsində evində tutulub. Polis bölməsində günahını etiraf edən ata "cinsi istismar etmək"də təqsirli bilinərək bu gün məhkəmədə həbs edilib.

C.K isə məhkəmə qərarı ilə dövlət qorunmasına alınıb.

Pərvanə Ağazadə

AzNews.az