Cəsəd aparılan araşdırmalardan sonra morqa göndərilib Cəsəd aparılan araşdırmalardan sonra morqa göndərilib

9-cu mərtəbədən düşdü və ...

Cəsəd aparılan araşdırmalardan sonra morqa göndərilib

Türkiyənin Beşiktaş ərazisində 9-cu mərtəbədəki evinin balkonundan düşən İsmail T. həyatını itirib. Bu mənzərəni görən qardaşının halı pisləşib.

AzNews.az xəbər verir ki, olay Beşiktaşda Konaklar məhəlləsi, Güneş küçəsində yerləşən bir binada, saat 08:00 radələrində baş verib.

Əldə olunan məlumata əsasən, qardaşı ilə bərabər yaşayan İsmail T. 9-cu mərtəbədəki evinin balkonundan aşağıya düşüb. Yuxarıdan bir kişinin düşdüyünü görənlər həmin dəqiqə hadisə yerinə qaçıb.

Yerdə yatan İsmail T. üçün ambulans və polis çağırılıb. Qısa müddətdə hadisə yerinə gələn təcili yardım nümayəndələri onun həyatını itirdiyini bildirib.

Cəsəd aparılan araşdırmalardan sonra morqa göndərilib.

Polisin hadisə ilə bağlı araşdırması davam edir.

Səidə Vahid

AzNews.az

image description