İddiaya görə, B.H 7 ay öncə tanış olduğu K.B-ni evinə dəvət edib İddiaya görə, B.H 7 ay öncə tanış olduğu K.B-ni evinə dəvət edib

Qonaq getdiyi evi soydu

İddiaya görə, B.H 7 ay öncə tanış olduğu K.B-ni evinə dəvət edib

Türkiyənin Adana şəhərində qonaq getdiyi evdən 50 min lirə pul və qızıl oğurlayan Y.T. tutulub.

İfadəsində peşman olduğunu deyən Y.T oğurladığı pul və qızılları polisə təslim edib.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, olay Adananın Çukurova bölgəsi, Belediyeevleri məhəlləsində meydana gəlib. İddiaya görə, B.H 7 ay öncə tanış olduğu K.B-ni evinə dəvət edib.

K.B Y.T. ilə birlikdə evə gedib. Daha sonra B.H dostu K.B. ilə bazara gedib. Evdə tək qalan Y.T. stolun üstündə olan kassa açarını alıb ev sahibi B.H-nin kassa içindəki 50 min lirə dəyərində pul və qızılını oğurlayıb.

Alış-verişdən qayıdan ev sahibi bir müddət oturduqdan sonra dostlarını yola salıb. B.H. daha sonra kassasındakı qızıl və pullarının olmadığını görəndə evinə dəvət etdiyi K.B-yə zəng edib soyulduğunu söyləyib ardından da polisə şikayət edib.

Hadisə yerinə gələn polis şübhəli Y.T.-ni gözaltına alıb.

İfadəsi alındıqdan sonra şübhəli çıxarıldığı növbəti məhkəmədə tutulub.

Səidə Vahid

AzNews.az

image description