İlan əvəzinə hamilə həyat yoldaşını öldürdü

21 yaşlı 2 uşaq anası Zeynəb əl-Aridin həyatını xilas etmək mümkün olmayıb

Türkiyədə ilanı vurmaq istəyən ər hamilə həyat yoldaşına atəş açıb.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə səhər saatlarında Konyanın Seydişehir ilçəsinin Kesecik məhəlləsində yerləşən fermada baş verib.

Suriya əsilli Əli əl-Arid adlı şəxs işlədiyi fermada ilanı öldürmək istəyərkən səhvən tüfənglə 6.5 aylıq hamilə həyat yoldaşını vurub.

Xəstəxanaya aparılan 21 yaşlı 2 uşaq anası Zeynəb əl-Aridin həyatını xilas etmək mümkün olmayıb.

Hadisədə təqsirli bilinən Əli əl-Arid jandarma tərəfindən saxlanılıb.

Mehri QURBANOVA

AzNews.az