- Türkiyə
- 22 Avqust 2019 15:08
- 4 583
Xaricilər İstanbulda aləmi qarışdırdı

Şəhərin mərkəzində əlbəyaxa dava oldu
Taksimdə iki qrup xarici vətəndaş mübahisə edərkən kameraya tuş gəlib.
AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə İstanbulda dünən axşam saatlarında baş verib.
İki qrup xarici vətəndaş arasında olan münaqişədə 1 nəfər yaralanıb, 2 nəfər nəzarət altına alınıb.
Naməlum səbəbdən onların bir-birləri ilə mübahisə etdikləri məlum olub.
Polis əməkdaşları hadisə yerində mübahisə edənləri sakitləşdirməyə çalışıb.
Bu dəfə onlar polisə qarşı da müqavimət göstərib. Polis isə həmin şəxsləri dəyənəklə uzaqlaşdırmağa çalışıb.
Hadisə yerini tərk etməyənlərdən biri saxlanılıb, bir nəfər də yüngül xəsarət alıb.
Özəl hərəkət qüvvələrinin hadisə yerinə gəlməsi vəziyyəti sakitləşdirib.
Nəzrin Əlizadə
AzNews.az