Çiğlidən Menemen istiqamətinə hərəkət edən maşın aşıb Çiğlidən Menemen istiqamətinə hərəkət edən maşın aşıb

Dəhşətli qəzada bir gənc həyatını itirdi, biri yaralandı

Çiğlidən Menemen istiqamətinə hərəkət edən maşın aşıb

İzmirin Çiğli ilçəsində sürücünün idarəetməni itirərək yolun kənarına aşırdığı 06 GZA 16 nömrəli maşından 18 yaşlı İzzət Tağunun cəsədi tapılıb.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza bu gün saat 03:00 radələrində Kırca səmtində baş verib.

Hadisə yerinə təcili tibbi yardım xidməti gəlib.

Avtomobilin sürücüsü 18 yaşlı Mert Yiğit Aşık xəstəxanaya qaldırılıb. Müalicəyə alınan Mertin vəziyyətinin yaxşı olduğu bildirilib.

Tağunun cəsədi İzmir Ədliyyə Tibb Qurumundakı morqa aparılıb.

Hadisə ilə bağlı sorğulama davam edir.

Nəzrin Əlizadə

AzNews.az