Diyarbəkirdə analar HDP-nin binası önündə oturaq aksiyası keçirir Diyarbəkirdə analar HDP-nin binası önündə oturaq aksiyası keçirir

PKK gündəmi dəyişdirmək üçün böyük qırğınlar törədə bilər - Xəbərdarlıq

Diyarbəkirdə analar HDP-nin binası önündə oturaq aksiyası keçirir

Ailələrin cəsur aksiyası PKK-nı küncə sıxıb. Anaların aksiyasını əngəlləmək, kürdləri həzm etmək üçün PKK böyük qırğınlar törədə bilər.

Bunu kürd siyasətçi Qalib İlhanər bildirib.

Diyarbəkirdə anaların HDP-nin binası önündə oturaq aksiya keçirməsinə Türkiyənin dörd bir yanından dəstək verildiyini deyən İlhanər ataların da meydana çıxmalı olduğunu söyləyib:

"PKK gündəmi dəyişdirmək üçün böyük qırğınlar törədə bilər. Bu aksiyanı Türkiyənin digər bölgələrinə də, hətta Avropanın paytaxtlarına da yaymaq lazımdır". (Axar.az)