- Türkiyə
- 16 Sentyabr 2019 23:20
- 2 750
Putin Qurandan sitat gətirdi: “Siz düşmən olanda...”
"Bu məsələdə Rusiyanın mövqeyi də artıq bəllidir"
Rusiya Prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanının neft obyektlərinə dronlarla hücumdan danışıb.
Lenta.ru xəbər verir ki, Ankarada səfərdə olan Kreml rəhbəri suala Qurandan sitat gətirməklə cavab verib:
“Türkiyədə olduğum üçün müqəddəs Qurandan bu sətirləri xatırlamaya bilmərəm: “Allahın mərhəmətini xatırlayın. Siz düşmən olanda Allah sizin qəlblərinizi barışdırdı və sizi qardaş etdi”. Mən də düşünürəm ki, məsələyə bu nöqteyi-nəzərdən yanaşmaq lazımdır”.
Putin əlavə edib ki, bu məsələdə Rusiyanın mövqeyi də artıq bəllidir. O, hadisə ilə bağlı münaqişə tərəflərinin danışıqlar aparmalı olduğunu bildirib.
Xatırladaq ki, sentyabrın 14-də Səudiyyə Ərəbistanının “Saudi Aramco” neft şirkətlərinə dronlar vasitəsilə hücum olub.(qafqazinfo.az)
AzNews.az