Suriyada məhv edilən terrorçuların sayı 560-a çatdı - Yenilənib

Məqsəd Suriyada əmin-amanlığın yaradılmasına nail olmaqdır

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi "Barış pınarı" antiterror əməliyyatı nəticəsində məhv edilən PKK/PYD və YPG terrorçularının sayı 560-a çatıb.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-dan Suriyanın şimalında “Barış pınarı” antiterror əməliyyatına başlayıb. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, Suriyada əmin-amanlığın yaradılmasına nail olmaqdır.

***
11:34

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi "Barış pınarı" antiterror əməliyyatı nəticəsində məhv edilən PKK/PYD və YPG terrorçularının sayı 550-yə çatıb.

“Anadolu" agentliyinə istinadən xəbər verilir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə oktyabrın 9-dan Suriyanın şimalında “Barış pınarı” antiterror əməliyyatına başlayıb.

Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, Suriyada əmin-amanlığın yaradılmasına nail olmaqdır. (Report)

AzNews.az