Yaralılar xəstəxanaya yerləşdirilib Yaralılar xəstəxanaya yerləşdirilib

Bazarda silahlı atışma: Yaralananlar var

Yaralılar xəstəxanaya yerləşdirilib

Türkiyənin Konya şəhərində bazarda balıq satan 18 yaşlı Melih Toroslu dava etdiyi naməlum şəxsin atəş açması ilə qarnından yaralanıb.

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, bu zaman alış-veriş üçün bazara gələn 26 yaşlı Ayşegül Ayyıldız da ayağından güllə xəsarəti alıb. Hadisə yerli saatla 11:30 radələrində baş verib.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Hazırda polis hadisəni törədənin şəxsiyyətini müəyyənləşdirir.

Səidə Vahid

AzNews.az