"Heyif bu millətin səni oxutduğu məktəblərdən" "Heyif bu millətin səni oxutduğu məktəblərdən"

Nazirdən İmamoğluna sərt sözlər: O axmağa deyirəm, ayıb olsun... - VİDEO

"Heyif bu millətin səni oxutduğu məktəblərdən"

“Bu millət sənə bunun bədəlini ödədəcək”.

AzNews.az xəbər verir ki, bu sözləri Türkiyənin daxili işlər naziri Süleyman Soylu İstanbul Böyükşəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlu haqda danışarkən deyib.

Ə.İmamoğlu Avropa Şurası Yerli və Regional İdarəetmə Konqresində iştirak etmək üçün Fransaya gedib. S. Soylu Ə. İmamoğlunun orda Türkiyədən şikayət etməsi ilə bağlı danışıb.

“Terrorist olduğuna görə cəzalandırıb, bu ölkənin xeyiri üçün işdən çıxardanda Avropaya gedib Türkiyədən şikayət edən o axmağa deyirəm. Bunun bədəlini bu millət sənə ödədəcək. Bu iş o qədər asan deyil. Ayıb olsun, heyif bu millətin səni oxutduğu məktəblərdən. Bu millətin sənə verdiyi əməkdən heyif. Kimlərsə əlinə silah alıb 9, 11 aylıq körpələrimizi şəhid edəcək, orda kürd, ərəb, türk qardaşlarımızın səhər mağazasını açmağına, uşaqların universitetə getməyinə icazə verməyəcək. Bunu o partiyanın ordakı bələdiyyə sədrləri edəcək, sən də gedib Avropa Parlamentində Türkiyədən şikayət edəcəksən, ayıb olsun. Bu millətin sənə verdiyindən, ödədiyindən, qursağından keçənlərdən heyif”.

Xatırladaq ki, Əkrəm İmamoğlu Fransada Türkiyəni tənqid edib. Buna səbəb Xalqların Demokratik Partiyasının (HDP) PKK/YPG terror qruplaşması ilə əlaqəsi olan bələdiyyə sədrlərinin işdən uzaqlaşdırılmasıdır.

"Bələdiyyə sədrlərinin vəzifələrindən uzaqlaşdırılaraq yerlərinə başqalarının təyin edilməsi və bəzilərinin həbs edilməsi hüquq dövləti qaydalarını pozmaqdır. Bu, demokratiyanın şərtlərinə, mövcud hüquqi düzəlişlərimizə və əldə etdiyimiz beynəlxalq razılaşmalara da uyğun deyil. Siyasi partiyalar və onların rəhbərləri, millət vəkilləri, bələdiyyə sədrləri ya hüququn içindədilər, ya da çölündə. Bununla bağlı yekun qərarı verməli olan məhkəmədir", - deyə Ə. İmamoğlu bildirib.

Pərvanə

AzNews.az