“Artıq qondarma “erməni soyqırımı” məsələsi bizi bezdirir" “Artıq qondarma “erməni soyqırımı” məsələsi bizi bezdirir"

Tramp "erməni soyqırımı" ilə bağlı təklif irəli sürüb

“Artıq qondarma “erməni soyqırımı” məsələsi bizi bezdirir"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfəri zamanı prezident Donald Trampla qondarma “erməni soyqırımı” məsələsini də müzakirə edəcəyini deyib.

NTV telekanalına istinadən verilən xəbərə görə, bu barədə Türkiyə Prezidenti Macarıstandan qayıdarkən təyyarədə jurnalistlərə bildirib.

“Artıq qondarma “erməni soyqırımı” məsələsi bizi bezdirir. ABŞ-a səfərim zamanı da bu məsələyə toxunacağam. Hətta Tramp özü bir dəfə dedi ki, bəlkə buna soyqırımı deyil, savaş desək, necə olar? Mən də cavab verdim ki, bizim qarşımızda hər hansı bir dövlət olmayıb, belə məsələ müzakirə mövzusu deyil. Onu da bildirdim ki, bu, məcburi bir köç məsələsi olub və burada da bəzi sıxıntılar yaşanıb”, - deyə Türkiyə prezidenti qeyd edib. (APA)

AzNews.az