- Türkiyə
- 28 Yanvar 2020 15:43
- 5 107
Türkiyədə yenidən zəlzələ olub

Türkiyənin Manisa və İzmir şəhərlərində 5.1 maqnitudalı zəlzələ baş verib
AzNews.az "Sputnik"ə istinadən xəbər verir ki, məlumatı Kandilli Rəsədxanası və Zəlzələ Araşdırmaları İnstitutu yayıb.
Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) zəlzələnin Rixter cədvəli üzrə 4.8 bal gücündə olduğunu bildirib. Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin episentri İzmirdən şimal-şərqə 2 km 99 km dərinlikdə yerləşib.
Türkiyənin daxili işlər naziri Süleyman Soylu ilkin məlumata görə, hadisə yerində dağıntı və itki olmadığını deyib.
#DEPREM
KIRKAGAC-MANISA https://t.co/fC0BUR1QHW
28.01.2020, 14:26:13 TSİ
Büyüklük: 5.1
Derinlik: 11.8 km#Kandilli— Kandilli Rasathanesi (@Kandilli_info) January 28, 2020
Pərvanə