- Türkiyə
- 20 Mart 2020 10:23
- 4 036
Türkiyədə koronavirusa yoluxanların sayı 359-a çatdı

Son 24 saatda 1981 nəfərin analiz nəticələrində 191-nin cavabı pozitiv çıxıb
Türkiyədə koronavirus infeksiyasına yoluxma nəticəsində ölənlərin sayı 4-ə çatıb.
AzNews.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib.
Nazir qeyd edib ki, son 24 saatda 1981 nəfərin analiz nəticələrində 191-nin cavabı pozitiv çıxıb.
Bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 359-a çatıb.