Həmin şəxs əməliyyat-axtarış tədbirləri nəticəsində ələ keçirilib Həmin şəxs əməliyyat-axtarış tədbirləri nəticəsində ələ keçirilib

İmamoğlunu ölümlə hədələyən şəxs saxlanıldı

Həmin şəxs əməliyyat-axtarış tədbirləri nəticəsində ələ keçirilib

İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunu ölümlə hədələyən şübhəli T.G. polis tərəfindən saxlanılıb.

AzNews.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, martın 27-də İmamoğluna “qanını axıdıb sənə içirərəm” deyə şantaj məktubu yollayan şəxs kibercinayətkarlıqla mübarizə idarəsinin əməliyyat-axtarış tədbirləri nəticəsində ələ keçirilib.

Onun bütün rəqəmsal əşyaları polis tərəfindən götürülüb. Ankara sakini olan T.G. İstanbula aparılacaq.