“Bir millət, iki dövlət” anlayışı ilə işləməyə davam edəcəyik “Bir millət, iki dövlət” anlayışı ilə işləməyə davam edəcəyik

Çavuşoğlu Ceyhun Bayramovu təbrik edib

“Bir millət, iki dövlət” anlayışı ilə işləməyə davam edəcəyik

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ceyhun Bayramovu təbrik edib.

AzNews.az xəbər verir ki, o, bu barədə özünün “Twitter” səhifəsində paylaşım edib.

“Azərbaycanın yeni Xarici İşlər naziri Ceyhun Bayramovu təbrik edir, vəzifəsində uğurlar arzulayıram. “Bir millət, iki dövlət” anlayışı ilə işləməyə davam edəcəyik”, - türkiyəli nazir bildirib.

Qeyd edək ki, İlham Əliyevin sərəncamı ilə Ceyhun Bayramov Təhsil naziri vəzifəsindən azad edilib. Prezidentin digər sərəncamı ilə C. Bayramov Azərbaycan Respublikasının Xarici İşlər naziri təyin edilib.

Pərvanə