Azərbaycan ərazisində qeyri-qanuni işğalı davam etdirən Ermənistan regional sülhün və sabitliyin bərqərar olmasına əngəl yaradır Azərbaycan ərazisində qeyri-qanuni işğalı davam etdirən Ermənistan regional sülhün və sabitliyin bərqərar olmasına əngəl yaradır

Türkiyə XİN-dən Ermənistana sərt bəyanat

Azərbaycan ərazisində qeyri-qanuni işğalı davam etdirən Ermənistan regional sülhün və sabitliyin bərqərar olmasına əngəl yaradır

Türkiyənin Xarici İşlər Nazirliyi, Ermənistanın “Sevr” müqaviləsini gündəmə gətirməsinə dair "Bu gün hətta öz xalqını yedizdirə bilməyən bir hökumətin, Türk millətinin parçaladığı “Sevr”i gündəmə gətirməyə cəsarət etməsi absurd bir şeydir”, - deyə şərh edib.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyi “Sevr” müqaviləsinin 100 illiyi bəhanəsi ilə Ermənistan hakimiyyətinin verdiyi açıqlamalara cavab olaraq yazılı bir bəyanat verib.

Bəyanatda, "Birinci Dünya Müharibəsinin sonunda vətənimizi parçalayaraq, müstəqilliyimizi və suverenliyimizi sonlandırmağı hədəfləyən 10 Avqust 1920-ci il tarixli “Sevr” müqaviləsi, işğal və məhv planlarının həyasızca ortaya qoyulduğu bir sənəddir” sözləri yazılıb.

Türk millətinin qəhrəmanlıq göstərdiyi “Qurtuluş savaşı”dan sonra 24 iyul 1923-cü ildə imzaladığı “Lozan sülh müqaviləsi” ilə “Sevr”i yırtıb “ tarixin zibilliyinə atdığı” yazılan anlaşmada “Təəccüblü deyil ki, bir əsrin keçməsinə baxmayaraq tarixdən dərs almaq əvəzinə antaqonizm götürənlər bu sənəddən kömək umdular” sözləri daxil edilib.

Açıqlamada, Türk millətinin Anadolunu işğal etməyə cəsarət edənlərə verdiyi dərs ilə imperializmə vurduğu ağır zərbənin tarix kitablarında "dərs" olaraq öyrədildiyi və bu şərəfli mübarizənin digər məzlum millətlərə nümunə olduğu qeyd olunub. Bugün öz xalqını belə saxlamaqda aciz bir hökumət, 100 il sonra Türk millətinin cırıb atdığı “Sevr”i gündəmə gətirməyə cəsarət etməsi absurddur.

Türkiyənin vətəni və milləti ilə bölünməz birliyi qarşısında həvəslərinin qursaqlarında qalacağını bilmələri vacibdir. İllərdir Azərbaycan ərazisində qeyri-qanuni işğalı davam etdirən Ermənistan regional sülhün və sabitliyin bərqərar olmasına əngəl yaradır. Ermənistan hakimiyyətinin təcavüzkar millətçi siyasətindən əl çəkməsini və ağıllarını başlarına almasının vaxtı gəlib”.

Səidə Vahid

AzNews.az