- Türkiyə
 - 29 Avqust 2020 22:49
 - 4 606
 
Türkiyə iki şəhid verdi
            Türkiyə-İran sərhədində baş verən atışmada iki hərbçi ağır yaralanıb
Türkiyənin Ağrı vilayətinin Doğubayazıt rayonunda Türk Silahlı Qüvvələrinin 2 hərbçisi şəhid olub.
AzNews.az xəbər verir ki, təhlükəsizlik qüvvələri ilə PKK terror təşkilatının üzvləri arasında Türkiyə-İran sərhədində baş verən atışmada iki hərbçi ağır yaralanıb.
Yaralılar xəstəxanaya çatdırılsa da, həkimlərin cəhdlərinə rəğmən onların həyatını xilas etmək mümkün olmayıb.