- Türkiyə
- 7 Sentyabr 2020 23:09
- 4 309
Türkiyədə koronavirusla bağlı rəqəmlər artmaqda davam edir
Ümumilikdə sağalan xəstə sayı 252 152-yə çatıb
Türkiyədə son sutka ərzində koronavirusdan 57 nəfər dünyasını dəyişib, 1703 nəfər isə virusa yoluxub.
AzNews.az xəbər verir ki, bununla da ölkədə Covid-19-dan ölənlərin sayı 6 730-a, yoluxanların sayı isə 281 509-a yüksəlib. Son 24 saat ərzində 1047 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.
Ümumilikdə sağalan xəstə sayı 252 152-yə çatıb.