Ərdoğan Makronla bağlı sözlərini təkrarladı

Avropalı siyasətçilər Makronun başlatdığı nifrət kampaniyasına artıq “dayan” deməlidir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronun psixoloji probleminin olması ilə bağlı dediyi sözləri təkrarlayıb.

AzNews.az xəbər verir ki, bu barədə Baştəpə Milli Konqresindəki çıxışında danışan Ərdoğan Makronu bir daha irqçilik və islam düşmənçiliyində təqsirləndirib.

“Avropalı siyasətçilər Makronun başlatdığı nifrət kampaniyasına artıq “dayan” deməlidir. Makronun xoşuna getməsə də, öncəki gün dediyim sözləri təkrarlamaq istəyirəm. Vəzifəsi, statusu, mövqeyi nə olursa- olsun İrqçilik və İslam düşmənçiliyi insanın zehni ve vicdani mələklərini yox edən bir psixozdur”- deyə Ərdoğan qeyd edib.

Xatırladaq ki, Ərdoğanın sözügedən çıxışından sonra Fransa Türkiyədəki səfiri Herve Maqronu məsləhətləşmələr üçün ölkəsinə geri çağırmışdı.