Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib

Türkiyə xüsusi təyinatlıları Suriyada terrorçuları zərərsizləşdirib

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib

Türkiyənin xüsusi təyinatlı qüvvələri PKK-nın Suriya qolu YPG-nin dörd terrorçusunu zərərsizləşdiriblər.

AzNews.az "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

Qeyd edilir ki, terrorçular Suriyanın şimal-qərbində "Zeytun budağı" əməliyyatının keçirilməsi zonasına atəş açıblar. Onlar cavab zərbəsi ilə məhv edilib.

"Türkiyə Silahlı Qüvvələri regionda sülhün və əmin-amanlığın təminatçısıdır. Regionda əməliyyatlar davam etdiriləcək", - müdafiə idarəsinin xəbərində deyilir.

Qeyd edək ki, PKK terrorçuları Türkiyədə sabitliyi pozmaq və ölkəni parçalamaq üçün qanlı terror aktları təşkil ediblər.