- Türkiyə
- 30 Noyabr 2020 11:28
- 3 327
Türkiyədə 2 günə karantini pozan 13 minə yaxın insan cərimələndi
Unutmayaq ki, qaydalara güclü şəkildə riayət etməliyik
Türkiyədə həftəsonu küçəyə çıxma qadağasına əməl etməyən 12 min 671 nəfər cəzalandırılıb.
AzNews.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, qayda pozan şəxslər məhkəməyə sövq edilib, əksəriyyətinə inzibati cəza tətbiq olunub.
“Virusa yoluxanların sayında artım olduğu bu dövrlərdə təmizlik, maska və məsafə tədbirlərindən əlavə yeni qaydalara əməl etmək lazımdır. Unutmayaq ki, qaydalara güclü şəkildə riayət etməliyik. Əziz millətimizə bu çətin dövrdə səbir, fədakarlıq etdiyi üçün təşəkkür edirik”,- deyə DİN bildirib.