Bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca öz tvitter səhifəsində məlumat verib Bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca öz tvitter səhifəsində məlumat verib

Türkiyə vaksin üçün “BioNTech”lə razılaşdı

Bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca öz tvitter səhifəsində məlumat verib

Türkiyə koronavirus peyvəndi əldə etmək üçün “BioNTech” firması ilə müqavilə imzalayıb.

AzNews.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca öz tvitter səhifəsində məlumat verib.

O, razılaşmanın bu gecə əldə olunduğunu bildirib: “Uğur Şahin bəyin (vaksinin ixtiraçısı) dediyinə görə, bizim üçün 550 min doza peyvənd ayrılıb. Bu vaksinlər ilin sonu, yanvarın əvvəlinə kimi Türkiyəyə gətiriləcək. Marta qədər 4-5 milyon vaksinin gətirilməsi planlaşdırılır”.

Qeyd edək ki, Almaniyanın “BioNTech” firmasının həmtəsisçiləri, türk əsilli iki həkim cütlük Dr. Özlem Türeci ilə Prof. Dr. Uğur Şahin tərəfindən ixtira edilən potensial vaksinin virusa qarşı 90% təsirli olduğu açıqlanıb. Onlar 21 milyard dollar sərvəti ilə Almaniyanın ən zəngin 93-cü cütlüyüdür.