Bu barədə Azərbaycan XİN-in "Twitter" səhifəsində bildirilib Bu barədə Azərbaycan XİN-in "Twitter" səhifəsində bildirilib

Azərbaycan və Türkiyə Xarici İşlər nazirləri görüşüb

Bu barədə Azərbaycan XİN-in "Twitter" səhifəsində bildirilib

Ankarada Azərbaycan və Türkiyə Xarici İşlər nazirləri görüşüb.

AzNews.az xəbər verir ki bu barədə Azərbaycan XİN-in "Twitter" səhifəsində bildirilib.

Qeyd edilib ki, Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu arasında geniştərkibli görüş olub.

"Xarici İşlər naziri Ceyhun Bayramovla əməkdaşlıq imkanlarımızı və Qarabağdakı son vəziyyəti müzakirə etdik.

Azad edilən topraqlarda yenidənqurma və inkişafa dəstəyimiz davam edəcək", M.Çavuşoğlu qeyd edib.

Türkiyəli nazir bildirib ki, iki ölkə arasında yaxın zamanda şəxsiyyət vəsiqəsilə səyahətin başladılması da müzakirə olunub.

Qeyd edək ki, C.Bayramov Ankaraya işgüzar səfəri çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən də qəbul edilib.