"Türkiyə Qarabağda minalanmış ərazilərin təmizlənməsində çox fəal iştirak edir" "Türkiyə Qarabağda minalanmış ərazilərin təmizlənməsində çox fəal iştirak edir"

XİN başçısı: "Türkiyənin regionda dayanıqlı sülhün təmin edilməsində rolu böyükdür”.

"Türkiyə Qarabağda minalanmış ərazilərin təmizlənməsində çox fəal iştirak edir"

“Bu gün biz həm ikitərəfli formatda geniş müzakirələr apardıq, həm də üçtərəfli formatda maraqlı müzakirələrimiz oldu”.

AzNews.az xəbər verir ki, Ankarada Türkiyə-Azərbaycan-Türkmənistan xarici işlər nazirlərinin 5-ci üçtərəfli görüşündən sonra keçirilən birgə mətbuat konfransında bu fikirləri Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov bildirib.

Nazir deyib ki, Azərbaycan-Türkiyə münasibətləri bütün sahələrdə ən yüksək səviyyədə inkişaf edir: “Liderlərimizin bilavasitə iştirakı ilə bu münasibətlər günü-gündən artır. Türkiyə Respublikasının Prezidenti başda olmaqla bütün Türkiyə cəmiyyətinin 44 günlük savaşda Azərbaycanın yanında olduğuna şahidik. Böyük məmnunluq hissi ilə deyə bilərəm ki, üçtərəfli bəyanat əsasında imzalanmış sazişi ilə, regionda yeni təhlükəsizlik formatı təyin edilib. Artıq Rusiya-Türkiyə Birgə Mərkəzi fəaliyyətdədir, Türkiyə Qarabağda minalanmış ərazilərin təmizlənməsində çox fəal iştirak edir. Türkiyənin regionda dayanıqlı sülhün təmin edilməsində rolu böyükdür”.

C.Bayramov deyib ki, Ankarada olan ikitərəfli görüş çərçivəsində Bakı-Tbilisi-Qars dəmir yolu, müştərək neft və qaz layihələri ilə əlaqədar geniş fikir mübadiləsi aparılıb: “Pandemiya ilə əlaqədar 2020-ci ildə qardaş Türkiyə ilə əlaqələrimizdə bir sıra məhdudiyyətlər olsa da, fevralın 19-da iki ölkə arasında Hökumətlərarası Əməkdaşlıq Komitəsinin iclasında 53 bənddən ibarət sazişin imzalanması çox qısa müddətdə əlaqələrimizin inkişafını daha da sürətləndirəcək”.

Nazir deyib ki, Azərbaycanla Türkiyə arasında ötən il şəxsiyyət vəsiqələrinin sərhədkeçmə sənədi olaraq qəbul edilməsi ilə bağlı qəbul edilən sazişin iki dövlət arasında bütün prosedurları başa çatıb: “Yaxın zamanlarda bu sazişin tətbiqi elan ediləcək”.

Üçtərəfli görüşün əhəmiyyətini vurğulayan Ceyhun Bayramov bildirib ki, ilk növbədə beynəlxalq hüquqa əsaslanan enerji təhlükəsizliyi sahəsində üç ölkə arasında çox mühüm müzakirələr aparılıb, sənaye, nəqliyyat, elm, təhsil, kənd təsərrüfatı ilə bağlı geniş fikir mübadiləsi olub.(APA)

AzNews.az