Türkiyə tərəfi Gürcüstanın ərazi bütövlüyü və suverenliyini bundan sonra da dəstəkləyəcək Türkiyə tərəfi Gürcüstanın ərazi bütövlüyü və suverenliyini bundan sonra da dəstəkləyəcək

Türkiyə və Gürcüstan XİN başçıları görüşüb

Türkiyə tərəfi Gürcüstanın ərazi bütövlüyü və suverenliyini bundan sonra da dəstəkləyəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rumıniyanın paytaxtı Buxarest şəhərində gürcü həmkarı David Zalkaliani ilə görüş keçirib.

AzNews.az xəbər verir ki, bu barədə Türkiyə XİN başçısının rəsmi facebook səhifəsində məlumat verilib.

Görüşdə cari regional məsələlər və ikitərəfli münasibətlər müzakirə olunub. Tərəflər strateji əməkdaşlığın gücləndirilməsinə dair qarşılıqlı hazırlıqlarını ifadə ediblər.

Türkiyə tərəfi Gürcüstanın ərazi bütövlüyü və suverenliyini bundan sonra da dəstəkləyəcəyini bildirib.

AzNews.az