“Hazırda könüllülər üzərində aparılan təcrübənin nəticələri nəzərədən keçirilir" “Hazırda könüllülər üzərində aparılan təcrübənin nəticələri nəzərədən keçirilir"

“Yerli peyvəndimiz uğurlu nəticə versə...” - Fəxrəddin Qoca

“Hazırda könüllülər üzərində aparılan təcrübənin nəticələri nəzərədən keçirilir"

““Sputnik-V” peyvəndinin 6 ay içində 50 milyon, “Biontek”in isə iyun ayının sonuna qədər 30 milyon dozada Türkiyəyə gətirilməsi planlaşdırılıb”.

Bunu Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Onun sözlərinə görə, Türkiyə ümumlikdə 240 milyon dozada peyvənd üçün fərqli ölkələrlə müqavilələr bağlayıb. Nazir bildirib ki, bunun 100 milyon dozası Çin istehsalı olan “Sinovak” vaksinidir.

Yerli istehsaldan danışan F. Qoca deyib ki, hazırda Türkiyənin Erciyes Universitetində istehsal olunan peyvənd könüllülər üzərində tətbiq olunub və kütləvi tətbiqinin sentyabr ayında reallaşacağı gözlənilir: “Hazırda könüllülər üzərində aparılan təcrübənin nəticələri nəzərədən keçirilir. Əgər planlaşdırdığımız şəkildə uğurlu nəticələr əldə olunsa, sentyabr ayında istehsalına başlanacaq”.

Aznews.az