Terrorçular əsgərə atəş açıblar Terrorçular əsgərə atəş açıblar

Türk əsgəri İraqda həlak olub

Terrorçular əsgərə atəş açıblar

Türkiyə ordusunun əsgəri İraqın şimalında həlak olub.

Aznews.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi özünün tvitterdəki səhifəsində məlumat yayıb.

Qeyd edilir ki, hadisə “Pence-Şimşek” əməliyyatı zonasında baş verib. Belə ki, terrorçular əsgərə atəş açıblar.

Türkiyənin müdafiə naziri Hulusi Akar əsgərin ailəsinə başsağlığı verib.