Yunanıstan 12 miqrantı soyundurub Türkiyəyə göndərdi - FOTO

Türkiyə MN məlumat yayıb

Yunanıstandan qanunsuz yollarla Türkiyəyə keçmək istəyən 12-si çılpaq olmaqla ümumilikdə 42 miqrant saxlanılıb.

AzNews.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ədirnə valiliyinin tələbi ilə miqrantlara təbii ehtiyaclarını qarşılamaq üçün Nazimbəy fermasına keçmə icazə verilib.

Saxlanılan miqrantlar Yunanıstanda onlara yemək və su verilmədiyini, kobud rəftar edildiyini, tamamilə soyundurulub döyülərək Türkiyəyə göndərildiklərini deyiblər.