Bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb Bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb

Türkiyədə bu gün koronavirusdan 49 nəfər ölüb

Bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 49 nəfər həyatını itirib.

Aznews.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 227 273 nəfər test edilib, onların 5504-nün koronavirus testi pozitiv nəticə verib, 5506 nəfər sağalıb.

Nazirliyin covid19.saglik.gov.tr saytına istinadla paylaşdığı cədvəldə Türkiyədə indiyədək COVID-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ də daxil olmaqla 58 594 137 peyvənd tətbiq edildiyi qeyd olunub.