- Türkiyə
- 1 Avqust 2021 19:16
- 5 810
Azərbaycan yanğınsöndürənləri Türkiyənin yanğın bölgəsində - FOTOLAR
Yanğınsöndürənlərimiz qardaş ölkədə fədakarlıq nümayiş etdirirlər
Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyə Respublikasında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri fədakarlıq nümayiş etdirilər.
Aznews.az xəbər verir ki, Marmaris bölgəsində yanğınlarla mübarizə aparan yanğınsöndürənlərimizin fədakarlığı sayəsində bəzi istiqamətlərdə yanğınların genişlənməsinin qarşısı alınıb.
Türkiyə rəsmiləri və vətəndaşları da yanğınsöndürənlərimizin fədakarlıqlarını xüsusi qeyd edirlər. Sosial şəbəkələrdə, xüsusilə twutterdə türklər Azərbaycan Prezidenti İlham Əliyevə diqqətinə görə təşəkkür bildirən yüzlərlə tvit atıblar. Onlar eyni zamanda yanğınsöndürənlərimizin peşəkarlıqlarını və fədakarlıqlarını xüsusi qeyd ediblər.
Hazırda hadisə yerinə ezam olunan APA-nın əməkdaşı yanğınsöndürənlərimizin çalışdığı və dincəldiyi zaman fotolarını çəkib.
Həmin fotoları təqdim edirik: