"Azərbaycandan hər gün bizimlə əlaqə saxlayıb maraqlanırlar" - Çavuşoğlu

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyadakı yanğınlarla əlaqədar mətbuat konfransında bildirib

"Bu gün Azərbaycandan uçan yanğınsöndürən təyyarə 10 heyətlə birgə Dalaman hava limanına eniş edib".

Aznews.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri və Antaliyanın keçmiş millət vəkili Mövlud Çavuşoğlu Antalyadakı yanğınlarla əlaqədar mətbuat konfransında məlumat verərkən bildirib.