Türkiyənin vitse-prezidenti Fuad Oktay "Anadolu" agentliyinə müsahibəsində bu barədə deyib Türkiyənin vitse-prezidenti Fuad Oktay "Anadolu" agentliyinə müsahibəsində bu barədə deyib

“TURKOVAC” Azərbaycanda tətbiq edilə bilər"

Türkiyənin vitse-prezidenti Fuad Oktay "Anadolu" agentliyinə müsahibəsində bu barədə deyib

Türkiyənin koronavirus əleyhinə yerli peyvəndi “TURKOVAC” Azərbaycan da daxil olmaqla, bir neçə ölkədə tətbiq edilə bilər.

Aznews.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay "Anadolu" agentliyinə müsahibəsində deyib.

Oktay bildirib ki, “TURKOVAC” vaksinlərinin 3-cü mərhələ araşdırmaları barədə fikir mübadiləsi aparılır:

"Başda Pakistan, Azərbaycan, Argentina, Kolumbiya və Polşa olmaqla, bir çox ölkə ilə 3-cü mərhələ araşdırmaları ilə bağlı danışıqlar davam edir".

Vitse-prezident "TURKOVAC"ın bütün dünyada istifadə edilən peyvənd halına gəlməsi və beynəlxalq keyfiyyət əldə etməsi üçün əhəmiyyətli addımların atıldığını vurğulayıb.

Qeyd edək ki, Türkiyədə koronavirusa qarşı 7 vaksin və 10 dərman hazırlığı üzrə araşdırmalar aparılır. “TURKOVAC” ikinci fazaya qədər uğurla sınaqdan çıxan vaksin hesab edilir.