Türk serialları izləyənlərə bəd xəbər

Yayım dayandırıldı

Türkiyədə bir müddət serialların yayımı dayandırılıb.

Yeni illə bağlı film və ya əyləncəli proqramların yayımı ilə əlaqədar belə bir qərar verilib. ATV-də yayımlanan "Kardeşlerim”, TRT 1 ekranlarında tamaşaçı ilə görüşən "Gönül dağı”, "Teşkilat” serialı, "Kanal D”də nümayiş etdirilən "Yargı” serialı yayımlanmayacaq.

Həmçinin sözügedən səbəbdən "Aşk mantık intikam", "Aziz", "Kırmızı oda", "El kızı", "Kanunsuz Topraklar", "Kaderimin oyunu" adlı seriallar da gələn həftədən etibarən nümayiş olunmayacaq.

Qeyd edək ki, "Yargı” serialının Ceylin obrazına həyat verən Pınar Dəniz koronavirusa yoluxduğundan yanvarın 2-si növbəti bölümünün nümayişi də təxirə salınıb. Karantin dövrünün başlaması ilə aktrisa serial çəkilişlərinə ara verməli olub. "Kanal D”dən verilən açıqlamada serialın 15-ci bölümünün 9 yanvar, bazar günü ekranlara gələcəyi açıqlanıb.

AzNews.az