Ukrayna NATO-nun xüsusi statuslu tərəfdaşıdır - deyə Akar vurğulayıb Ukrayna NATO-nun xüsusi statuslu tərəfdaşıdır - deyə Akar vurğulayıb

PUA-ların alınması barədə qərarı Kiyev verib - Akar

Ukrayna NATO-nun xüsusi statuslu tərəfdaşıdır - deyə Akar vurğulayıb

Türkiyəni Ukraynaya zərbə PUA-larının təchizatına görə ittiham etmək doğru deyil. Bu təchizat NATO ilə tərəfdaşlıq planına uyğundur.

Aznews.az xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

"Türkiyə həm Rusiya, həm Ukrayna, həm də NATO-nun tərəfdaşları ilə müxtəlif sahələrdə, o cümlədən müdafiə sənayesində aktiv əməkdaşlıq edir. Bu əməkdaşlığın bir nümunəsi də Ukraynaya zərbə PUA-larının çatdırılmasıdır. Dronların alınması barədə qərarı Kiyev verdiyi üçün Ankaranı bu işdə ittiham etmək doğru deyil. Ukrayna NATO-nun xüsusi statuslu tərəfdaşıdır və onun müdafiə potensialının gücləndirilməsi Ukrayna – NATO fərdi əməkdaşlıq planının tərkib hissəsidir”, - deyə Akar vurğulayıb.