- Türkiyə
- 13 May 2022 09:32
- 6 048
Türkiyənin Parisdəki Baş Konsulluğuna əl bombası atılıb
Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib
Türkiyənin Fransanın paytaxtı Paris şəhərindəki Baş Konsulluğuna naməlum şəxs və ya şəxslər tərəfindən kustar üsulla hazırlanmış əl bombası atılıb.
Hücum zamanı konsulluğun binasının divarları və pəncərələri zədələnib, xəsarət alan olmayıb.
Paris polisi hücumda istifadə edilən partlayıcının növünü müəyyən etmək və hadisəni törədənləri tapmaq üçün genişmiqyaslı araşdırmaya başlayıb və ərazini mühasirəyə alıb.
Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib. (report)