- Türkiyə
- 6 Avqust 2022 15:52
- 25 968
Ərdoğandan "rubl" həmləsi: "Putinlə razılaşdıq"

Soçidən qayıdan Türkiyə prezidentindən sensasion açıqlama
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Soçidə rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar zamanı qaz tədarükünə görə rublla ödənişlərə keçməyə başlamaq barədə razılıq əldə olunub.
Türkiyə mətbuatının yazdığına görə, Türkiyə lideri bu barədə Soçidən qayıdarkən təyyarənin göyərtəsində jurnalistlərə müsahibəsində bildirib.
“Biz Putinlə (təbii qaz ticarəti üzrə) rublla ödənişlərə razılaşdıq. Ümid edirik ki, bu, hər iki ölkəyə maliyyə faydası gətirəcək”, - Rəcəb Tayyib Ərdoğan bildirib.
O əlavə edib ki, beş türk bankı ödənişlər üçün Rusiyanın “Mir” sistemindən istifadə etmək istiqamətində işlər aparır.
AzNews.az